CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qədimliyinə görə Azərbaycanın ikinci muzeyi – Orada gizli tarix yatır

Həvəskar tarixçi: "Ayağımızın altda qalan, önəm vermədiyimiz bir daş parçası tarixin hansısa qaranlıq bir hissəsinə işıq sala, bir xalqın silinmiş tarixini yenidən bərpa edə bilər"
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin maraqlı hobbisi var. O, 20 ilə yaxındır yaşadığı ərazi və ətraf bölgələrdən tapılan, yaxın və uzaq keçmişimizi özündə əks etdirən eksponatları toplayaraq şəxsi muzeyini yaradıb. Böyük mebel mağazasının bir guşəsində sərgilənən eksponatların içərisində bölgənin qədim tarixini, orta əsrləri və sovet dönəmini əks etdirən 2 mindən çox eksponat, cəmi bir dəfə çap olunmuş müxtəlif kitablar yer alıb.

Açıq səma altında muzey: Retro-avtomobillər

Hobbisi haqda Sputnik Azəraycan-ın bölgə müxbirinə danışan Mübariz Mehralıyev hər bir vətəndaşın öz soykökünü qorumağa, onu təbliğ etməyə və gələcəyə çatdırmağa borclu olduğunu söyləyib: "Yaşadığımiz dövr elə bir mərhələyə düşüb ki, qloballaşma, inteqrasiya, kosmopolitanlıq şüarları il milli mənsubiyyət itmək, yox olmaq təhlükəsiylə üz-üzə qalıb. Bu baş verməsin deyə, hər bir vətəndaşımız bacardığı qədər soykökümüzü qorumalıdır, millətə, xalqa xidmət etməlidir".

"Çox vaxt çöldə, bayırda gəzərkən rastımıza çıxan, ayağımıza dolaşan bir gil parçasının, küp qırığının, yararsız görünən dəmir əşyanın yanından laqeydcəsinə ötürük. Amma düşünməliyik ki, ilk baxışdan dəyərsiz görünən adi əşya parçası bir xalqın silinmiş tarixini yenidən bərpa edə bilər. Tarixin hansısa qaranlıq guşəsinə işıq sala bilər. Ona görə də, daxildən gələn bir istəklə qərara aldım ki, işlədiyim yerin bir hissəsində tariximizi, soykökümüzü, keçmişimizi özündə yaşadan bir guşə yaradım" – deyə həmsöhbətimiz əlavə edib.

1 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
2 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
3 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
4 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
5 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
6 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
7 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
8 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
9 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
10 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi
11 / 11
Tovuz rayonu Eyyublu kənd sakini Mübariz Mehralıyevin yaratdığı qədim əşyalar muzeyi

Mehralıyevin arxivində hazırda 2 mindən artıq eksponat yer alır. Onların arasında qədim daş, tunc dövrlərinə aid əmək alətləri, qədim türk tayfalarına aid silahlar — xəncər və ox başlıqları var. Həmçinin müxtəlif dövlətlərə və dövrlərə məxsus kağız və metal pullar, əkinçilik alətləri, saxsı qablar, küplər, müxtəlif dövrləri və mövzuları əhatə edən kitablar və başqa qiymətli əşyalar yer alıb.

Həvəskar tarixçi yaratdığı muzeyin, orda toplanan eksponatların qədimliyinə görə Milli Azərbaycan Tarix Muzeyindən sonra ikinci sırada olması qənaətindədir.

Muzeyin sahibi ilk vaxtlar eksponatları çox çətinliklə əldə etdiyini, hazırda isə kənd sakinlərinin və dostlarının ona yaxından kömək etdiyini qeyd edib: "Əvvəllər çətinliklə əldə edə bilirdim. Amma sonradan yaxınlar, dostlar həvəsimi görüb, işimi dəyərləndirib, kömək etməyə başladılar. İndi demək olar ki, bütün kənd camaatı tətikdədir. Haradasa bir şey tapılan kimi xəbər edirlər, bəzən özləri gətirib verirlər. Əksəriyyətinə pul verib alıram. Elə eksponatlar olub ki, 200-250 manat vəsait xərcləyərək əldə etmişəm".

Kolleksiyaçı eksponatlardan heç birini satmadığını, anaq çox sayda olan əşyalardan istəyənlərə hədiyyə etdiyini bildirib. Muzeyinin ziyarətçilərinin isə ən çox yerli sakinlər, kənd məktəbliləri və digər rayonlardan olan həvəskar tarixçilər olduğunu, bir neçə dəfə isə xarici vətəndaşlarında gəldiyini deyib.

Muzey sahibi ən çox, təsadüfən mebel sexinə gələn insanların muzeylə rastlaşması, soykökünə, tarixinə aid hər hansı bir şeyi görüb, yaddaşına həkk etməsindən zövq aldığını söyləyib: "Görün, ölkəmizdə nə qədər mebel salonları, şadlıq evləri, restoranlar var. Onların sahibləri, obyektlərinin kiçik bir hissəsində tariximizin qədimiliyini, mədəniyyətimizin zənginliyini göstərən guşə yaratsa, insanlarımız da bunu görər, öz tarixinə, soykökünə daha anlamlı yanaşar. Bu şeylər insanın gen varlığına daxil olandan sonra heç bir qüvvə onu öz vətənindən, millətindən üz çevirtdirə bilməz".

Üç tona yaxın pulun nümayiş etdirildiyi muzey çöküb

M.Mehralıyevin, həmçinin çox zəngin, çətin tapılan kitablardan ibarət kitabxanası var ki, nadir kitab həvəskarları bu məqsədlə ona tez-tez müraciət edirlər. Oxumaq istəyənlərə heç bir kitabını əsirgəməyən muzey sahibi onların götürdüyü kitabların və götürənlərin adını xüsusi tutduğu kitaba qeyd edir, qaytardıqda isə maraqlandığı digər kitabı oxumaq üçün verir.

Onun ən böyük arzusu yol kənarında xüsusi bir muzey yaratmaqdı. Muzeyin xarici görünüşünün min illər əvvəl tikilmiş tikili formasında olmasını istəyən həvəskar tarixçi istəyini maddi imkan baxımından hələ ki, reallaşdıra bilməyib.