SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb

“Azərbaycan Silahlı Qüvvələrini yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür”
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyadan alınan silahın həcmi barədə danışıb.

Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, dövlət başçısı Rusiyadan Azərbaycana silah göndərilməsi ilə bağlı həyata keçirilmiş müqavilələrin ümumi dəyərinin 5 milyard dollar olduğunu və bu rəqəmin artdığını qeyd edib.

“Biz bu gün hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı müzakirə aparmışıq. Bu əməkdaşlıq artıq böyük ənənəyə malikdir. Rusiya və Azərbaycan arasında həyata keçirilən müqavilələr, Azərbaycanın Rusiyadan aldığı hərbi məqsədli məhsulların həcmi 5 milyard dolları keçib və artmaq tendensiyası göstərir. Çünki Azərbaycan Silahlı Qüvvələrini yeniləməkdə davam edir, Rusiya isə beynəlxalq bazarda vacib silah istehsalçısı və hərbi məhsul tədarükçüsüdür” – deyə İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.