BAKI, 31 avqust — Sputnik. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə komandamızın rəqibləri məlum olub. "Qarabağ" E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub.