İDMAN

"Qarabağ"dan möhtəşəm oyun və parlaq qələbə

Avropa Liqasının "play-off" mərhələsinin cavab oyununda "Qarabağ" böyük hesabla qalib gəlib
Sputnik

BAKI, 30 avqust — Sputnik. Bu gün futbol üzrə Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunları keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ağdamın "Qarabağ" klubu Bakıda Moldovanın "Şerif" komandasını qəbul edib. Bu komandalar arasında bir həftə əvvəl Moldovada keçirilmiş görüş 1:0 hesabı ilə "Şerif"in qələbəsi ilə bitmişdi.

Bakıdakı görüşdə hesab 9-cu dəqiqədə açılıb. Maksim Medvedev dəqiq zərbə ilə "Qarabağ"ı irəli çıxarıb — 1:0. 42-ci dəqiqədə Donald Geryr ikinci topu vurub — 2:0. Birinci hissə bu hesabla başa çatıb. 

İkinci hissədə 55-ci dəqiqədə Filip Ozobiç Ağdam təmsilçisinin üçüncü topunu vurub — 3:0. Görüş bu hesabla başa çatıb.

Beləliklə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.