YAZARLAR

Toqquşan maraqlar: Qarşıdurmanın sonucu hər şeyi aydınlaşdıracaq

"Suriyanı bir neçə hissəyə bölmək, bütöv halda saxlamaqdan daha asandır"
Sputnik

BAKI, 29 avqust — Sputnik. Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya sərhədinə hərbi qüvvələrini və hərbi-texnikasını cəmləyir. Türkiyə mətbuatı xəbər verir ki, TSQ Kilisdəki hərbi qüvvələrini Suriyanın Tel Rifat ilə Menbiç bölgəsinə yerləşdirməyə başlayıb.

Tanklar, hərbi texnikalar və hərbi personal Öncüpınar sərhəd-keçid məntəqəsi ilə Əlibeyli qəsəbəsindəki Çobanbəy sərhəd məntəqəsindən bu bölgəyə daşınır. Kilisdə sərhəddə sıxlıq yaşandığından ordu sərhədi tədricən keçir.

Suriya problemində dönüş: Əzəli rəqiblər razılığa gəldi

Beləliklə, Ankara əsas hədəfinə — Menbiçə doğru irəliləyir. Ərdoğanın bəyanatlarında daha çox bir tələb səslənir– Fərat çayının qərbində kürd hərbi birləşməsi qalmamalıdır. Ərdoğan İŞİD ilə mübarizə bitdikdən sonra kürd hərbi birləşmələrinin Fərat çayının şərqinə çəkiləcəkləri ilə bağlı ABŞ-ın söz verdiyini, lakin sözünü tutmadığını da tez-tez səsləndirir. Əslində hazırda kürd birləşmələri ancaq Menbiç bölgəsində mövcuddur.

Ankaranı anlamaq olar. Menbiçi də əhatə edəcək əməliyyatın uğurla yekunlaşması sonda Suriyanın Aralıq dənizindən Fərat çayına qədər olan şimal ərazilərinin Türkiyənin nəzarəti altına keçməsi ilə nəticələnəcək ki, bu da Suriyada sabit mərkəzi hakimiyyət bərpa olunanadək cənub sərhədlərində Türkiyə üçün arzuedilməz bir ssenarinin önlənməsi deməkdir. Türkiyə üçün bölgədə ən ciddi narahatlıqdan biri də ABŞ-ın dəstəyi ilə demoqrafik müdaxilələrin həyata keçirilməsi, Suriyanın şimalında yaşayan türkmənlərin və ərəblərin bölgədən qovularaq kürd əhalinin yerləşdirilməsidir. Bu, heç şübhə yoxdur ki, yaradılması nəzərdə tutulan kürd dövləti üçün demoqrafik əsasların lazım olan nöqtəyə gətirilməsi məqsədi daşıyır.

Onu vurğulayaq ki, Suriyanın şimalında qarşı-qarşıya gələn paytaxtlar, birbaşa olmasa da, dolayısı ilə Ankara və Vaşinqtondur. Ankaranın silahını tutanlar Türkiyə və Azad Suriya əsgərləri, Vaşinqtonun silahlarını tutanlar isə YPG/PYD/PKK terrorçularıdır. Bu qarşıdurmanın nəticəsi isə Suriyada bir çox qeyri-müəyyənlikləri aydınlaşdıracaq.

ABŞ-dan silah yardımı almayan YPG/PYD/PKK terrorçularının NATO-nun ən güclü ikinci ordusu qarşısında nə qədər dayana biləcəyi sualı isə ritorik olardı. Türkiyə və müttəfiqlərinin dəstəklədiyi silahlı qrupların "etibarlı bölgələr" yaratması Suriyanın ərazi bütövlüyü məsələsini mübahisəli edir.

"Ərəb baharı" ilə birlikdə bölgədə "əsrin yenilik mübadiləsi yaşanır"dı, buna görə də "Qamışlı ilə Mosulu ayrı salan" bu sərhədlərin Avropa Birliyi modeli ilə "əhəmiyyətsiz hala" gətirilməsi yönlü fürsət yaranmışdı.

Rusiyanın hərbi helikopteri Suriya səmasında qəzaya uğrayıb

ABŞ 2014-cü ildə (sentyabr ayı) Suriyada rejimi devirməyi prioritet olmaqdan çıxarıb terrorla mübarizəni prioritet elan etdi və Rusiya da terrorla mübarizə səbəbi ilə Suriyaya müdaxilə etdi. Ancaq Türkiyə və Səudiyyə Ərəbistanı hələ də Amerikanı Suriyaya qarşı müharibə variantına qaytarmağa ümid edirdilər.

Əslində, bu, Sayks-Piko sazişi ilə təyin olunan "süni sərhədləri" aradan qaldırmağı və ya "mənasızlaşdımağı" hədəfləyən Türkiyənin 5 il sonra Sayks-Piko sərhədlərinə "sığınması" mənası verirdi. 2012-ci ildə mövcud sərhədlərin "həqiqətən aradan qaldırılması"nı müdafiə edən Türkiyənin 2015-ci ildə rəsmi Dəməşqə qarşı döyüşə iştirak şərtiylə dəstək vəd etdiyi "Rojava kürd bölgəsi" 2016-da "Türkiyənin mövcudluq məsələsi" kimi təyin olundu.

Ankaranın Suriyanın ərazi bütövlüyü məsələsində mövqeyinin illərə və şərtlərə görə dəyişdiyi, ancaq rəsmi Dəməşqə mövqeyinin heç dəyişmədiyi məlumdur. Bu baxımdan ərazi bütövlüyü məsələsinin Türkiyə üçün strateji deyil, taktiki dəyər daşıdığı qəbul edilməlidir. Buna görə də ortaya belə bir sual çıxır: "Ankaranın Suriyadakı strateji hədəfi mövcud rəhbərliyi devirmək, yoxsa Suriyanın ərazi bütövlüyünü qorumaqdır?" Türkiyənin "Fərat Qalxanı" qarşılığında Rusiya və İran tərəfinə keçdiyi görünsə də, prezident Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətindən sonra açıqlamlarında Ankaranın hələ də rəsmi Dəməşqi hədəfə alan yeni plana əsasən, təkrarən yer dəyişdiyi görünür. Əl-Babdan sonra Menbiç və Raqqanın alınmasını qarşıya məqsəd qoyan prezident Ərdoğan Suriyanın suverenliyi ilə bağlı olan "etibarlı bölgə" məsələsini də gündəmə gətirib. Trampın "möcüzəvi düsturu" barədə Ərdoğanın açıqlaması ilə eyni vaxtda Raqqa əməliyyatı məsələsində ABŞ-ın PYD-ni kənarlaşdırması, "Suriya Demokratik Qüvvələri" tərkibindəki ərəb döyüşçülər ilə "Fərat Qalxanı" içindəki ÖSO ünsürlərinin birləşdirilməsi ssenarisi gündəmdədir.

ABŞ-ın PYD ilə əməkdaşlıqdan uzaqlaşmasını, hətta PYD-nin eynilə İŞİD kimi hədəf halına gətirməyi nəzərdə tutan bu planın Vaşinqtonda qəbul edilib-edilməyəcəyi ayrıca mövzudur. Ancaq "etibarlı bölgə" təklifinin Suriyanın ərazi bütövlüyünü qorumaqdan daha çox rəsmi Dəməşqə qarşı yeni mübarizəyə istiqamətlənməsi açıq-aydındır.

Suriyanın ən "ultra mülayim" qruplarının birləşdirilməsiylə yeni ASO yaratmaq, Türkiyə xüsusi qüvvələrinin sövq və idarəsi, ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə Raqqanı İŞİD-dən qurtarma Suriyanın ərazi bütövlüyünün qorunmasına necə yardım edə bilər? Əgər Suriyanın ərazi bütövlüyünün qorunmasında yalnız PYD kantonlarının yox edilməsi nəzərdə tutulursa, İŞİD-i Raqqadan çıxaracağı zənn edilən yeni ASO-nun YPG-yə qarşı döyüşməsinə və Türkiyənin "etibarlı bölgələr"də şəhərlər inşa etməsinə Suriya, Rusiya və İranın səssiz qalacağına zəmanət varmı?

ABŞ-dan yeni Menbiç açıqlaması

Əgər strateji hədəf bu ölkənin ərazi bütövlüyünün qorunmasıdırsa və bunun yeganə yolu, Astana konfransında da vurğulandığı kimi, Suriyanın suverenliyinin tanınması və siyasi həllin tapılmasıdır. Çünki əks halda, yəni Türkiyə və müttəfiqləri tərəfindən dəstəklənən silahlı qrupların "etibarlı bölgələr" yaratması Suriyanın suverenliyi mübahisəli hala gəlib çıxır. Buna görə də, ABŞ-ın razılığı ilə Suriyada yeni ASO qurub, onunla həm İŞİD-i, həm YPG-ni, həm də terrorçu sayılan digər qrupları yox etmək, onlardan qurtarılan yerlərdə "etibarlı bölgə" yaratmaq Suriyanın ərazi bütövlüyünü deyil, yalnız ikiyə bölünmüş olmasına zəmanət verir.

ABŞ-ın Suriyadakı sabiq səfiri Roberd Fordun bir sözü yada düşür: "Suriyanı bir neçə hissəyə bölmək, bütöv halda saxlamaqdan daha asandır". Bu arada 7 sentyabr tarixində Ruhani — Ərdoğan — Putin arasında keçiriləcək görüşdə əsas müzakirə mövzusunun Suriya böhranı olacağını da ehtimal edə bilərik…