HADİSƏ

Balıqçılar balinanı ölümdən qurtardı - VİDEO

Sevinən balina 1 saat ərzində 40 dəfə suya baş vurub
Sputnik

BAKI, 29 avqust — Sputnik. Okean nəhəngi sayılan balinanın bədəninə sellofan dolanıb. O var gücü ilə mübarizə aparsa da ondan qurtula bilməyib. Bu zaman oradan keçən balıqçılar balinanın gərgin anlarının şahidi olublar. 

Sputnik Azərbaycan xəbər verir ki, balıqçılar balinaya kömək edərək sellofanın bir hissəsini çıxarırlar. Bundan sonra balina azad ola bilir. Sevinən balina 1 saat ərzində 40 dəfə suya baş vurur.