İDMAN

Ronaldo ispan klubunu alır

Alqı-satqı müqaviləsi 2-3 həftəyə baş tutacaq
Sputnik

BAKI, 28 avqust — Sputnik. Braziliyanın futbol üzrə milli komandasının keçmiş üzvü, məşhur futbolçu Ronaldo İspaniyanın "Real Valladolid" klubunu satın alacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, klubun qiyməti 30 milyon avro məbləğində dəyərləndirilir.

Müqavilə 2-3 həftəyə reallaşacaq. Bundan sonra Ronaldo klubun sahibi olacaq. Habelə, müqavilə imzalanandan sonra klubun 25 milyon dollarlıq borcu bağlanacaq.

"Real Valladolid"in hazırkı prezidenti Karlos Suares klubda baş direktor vəzifəsində çalışmaq istədiyini və bununla bağlı Ronaldoya müraciət etdiyini deyib.

Qeyd edək ki, sözügedən klubu Çin və Latın Amerikasından da almaq istəyən müştərilər olub. Klub rəhbərliyi isə braziliyalılarla sövdələşməkdə maraqlı olub.