BAKI, 27 avqust — Sputnik. Atlantik okeanda iyunun 1-dən qasırğalar mövsümü başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, amma mütəxəssislər hələlik həyəcanlanmaq üçün əsas olmadığını deyirlər.
"Atlantik okeanda sakitlikdir. Orada fırtına və fırtınanın olacağını xəbər verəcək heç bir əlamət yoxdur" – deyə ABŞ Milli Meteorologiya İdarəsindən Den Rayli bildirib.
Bununla yanaşı, Texas, Oklahoma və Yeni Meksikada 2018-ci ilin yayında göydə qəribə duman müşahidə edilib. Bu toz buludlarının Böyük Səhradan gəldiyi ehtimal edilir. Bu buludlar Atlantik okeanı üzərində 1000 kilometr məsafə qət ediblər və qasırğanı “sakitləşdiriblər”.
Qasırğanın əmələ gəldiyi dəniz səthinin temperaturu bu il normadan soyuqdur. Atmosfer təbəqəsinin yuxarı səthində isə güclü küləklər müşahidə edilir.
Qeyd edək ki, bu mövsüm 5 fırtına baş verib. Onlardan ikisi qasırğaya çevrilib. Ümumilikdə isə 6 ay ərzində orta hesabla 12 fırtına yaranlr.
Mütəxəssislər o qədər də rahat olmamağı tövsiyə edir. Çünki qasırğalar mövsümünün pik aktivliyi hələ qarşıdadır. Pik aktivlik sentyabrın ortalarına təsadüf edir.
Sahili təbii fəlakətin sarsıdacağı istisna edilmir. Belə ki, ötən ilki "Harvi" qasırğasına bənzər bir fəlakət baş verə, on milyardlarla dollar zərər verə və insanların ölümünə səbəb ola bilər.
Daha əvvəl də elm adamları gələcək on ildə planetdəki təbii fəlakətlərin gücünün artacağını iddia edən proqnoz vermişdi. Onların fikrincə, hazırkı dəyərləndirmə şkalası onların gücünü ölçməyə yetməyə bilər. İndi maksimum göstərici 5 kateqoriyadır. Amma tezliklə 6 və ya hətta 7 kateqoriyalı qasırğalara şahidlik edə bilərik.