RUSİYA

"Tesla"ya gözlənilməz şirkətdən rəqib gəlir

“Kalaşnikov” avtomatdan sonra avtomobil istehsal edir
Sputnik

BAKI, 25 avqust — Sputnik. Elektrik enerjisi ilə işləyən "Tesla"ya rəqib maşın istehsal olunur.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın silah istehsalçısı olan Kalaşnikov müəssisəsi elektrik avtomobil üzərində çalışdığı barədə məlumat verib.

Avtomobilin adı CV-1, görüntüsü isə 70-ci illərin maşınları kimi olacaq. Bu avtomobil bir dəfə enerji yığmaqla 350 kilometr yol qət edəcək. Bu xüsusiyyətlər ona elektrik avtomobil bazarında lider olmaq şansı verə bilər.