İDMAN

Məşhur klub özünə sponsor tapdı – Dəfn bürosu

Klub rəsmiləri tərəfindən verilən açıqlamada da bu fakt təsdiqini tapıb
Sputnik

BAKI, 25 avqust — Sputnik. Futbol üzrə İngiltərə çempionatının ikinci liqası olan Championship-də çıxış edən “Brentford”un yeni sponsoru hər kəsi heyrətləndirib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, İngiltərədə sosial şəbəkələrdə hər kəs “Brentford”un yeni sponsorundan danışır. Məsələ ondadır ki, Championship-də mübarizə aparan ingilis komandasına “G. Saville & Sons” adlı dəfn bürosu sponsorluq edəcək.

Klub rəsmiləri tərəfindən verilən açıqlamada da bu fakt təsdiqini tapıb.

Xəbəri oxuyan azarkeşlərin çoxu "Xahiş edirik bunun zarafat olduğunu deyin" yazaraq reaksiya müraciət ediblər.