İDMAN

İlham Əliyev məşhur məşqçini təltif etdi

M.Timofeyev 2009-cu ildən Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının məşqçisidir
Sputnik

BAKI, 24 avqust — Sputnik. Prezident İlham Əliyev Mixail Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Mixail Valeryeviç Timofeyev “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, M.Timofeyev 2009-cu ildən Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının məşqçisidir.