BAKI, 23 avqust — Sputnik. Parisdə terror hadisəsi baş verib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, əlində bıçaq olan naməlum kişi "Allahu Əkbər" qışqıraraq yoldan keçənlərə hücum edib. Hadisə səhər saatlarında Trap şəhərində baş verib.
Hücum edən şəxs bıçaqla qanun keşikçilərinə hücum etmək istəyəndə onlar tərəfindən zərərsizləşdirilib. Hücum zamanı bir nəfər ölüb və iki nəfər xəsarət alıb.
Fransa Daxili İşlər Nazirliyi hələ ki, hadisənin terror aktı kimi qeydə almaqdan imtina edir.
Fransa mətbuatının məlumatına görə, hücum edən şəxs terrorla əlaqəsi olduğuna görə bir dəfə məhkum edilib. Ancaq bu dəfə onun qeyri-adekvat davranışları ailə münaqişəsi kimi qeydə alına bilər.