SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev səfirləri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslandiya, Vyetnam və Beninin səfirlərini qəbul edib
Sputnik

BAKI, 23 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

Səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

İlham Əliyev Aktau sammitində çıxış edib

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.

Səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin də etimadnaməsini qəbul edib.

Səfir İssiradjou Gomina İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.

İssiradjou Gomina İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.