BAKI, 21 avqust — Sputnik. Türkiyədə bu yaxınlarda həbs olunmuş din xadimi Adnan Oktarın təşkilatının maliyyə mənbəyi aşıqlanıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Oktarın təşkilatına hər ay Qazaxıstandakı şirkətdən 1 milyon dollar, Dubaydakı şirkətlərdən isə böyük miqdarda pul göndərildiyi məlum olub.
Məlumata görə, bu iki ölkədəki şirkətlərdən gələn pulun ayda bir neçə milyon olduğu müəyyən edilib. Pulların çox hissəsinin İstanbula nəğd olaraq gətirildiyi və təşkilatın burdan maliyyələşdiyi bildirilib. Ayda bir neçə dəfə gətirilən çantalarda hər dəfəsində 300 min dollar olduğu deyilir.