İran qərarını verdi: ABŞ olmadan davam edəcəyik, amma...

İran xarici işlər naziri nüvə müqaviləsinin ABŞ olmadan davam edəcəyini açıqlayıb
Sputnik

BAKI, 21 avqust — Sputnik. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müqaviləsinin ABŞ olmadan davam edəcəyini, ancaq, Avropa İttifaqı (Aİ) ölkələrinin daha praktik addımlar atmasının lazım olduğunu söyləyib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Zərif, nüvə müqaviləsinin ABŞ olmadan da Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə davam edəcəyini təkrarlayıb. O, Aİ ölkələrinin bu məsələdə daha konkret və praktik addımlar atmasının lazım olduğunu dilə gətirib.