SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran müdafiə naziri Azərbaycanla əlaqələrdən danışdı

"Səmimiyyət üzərində qurulduğu üçün də bu əlaqələr daim inkişafda olacaq"
Sputnik

BAKI, 19 avqust — Sputnik. İranın Azərbaycan, Türkiyə, Əfqanıstan və Pakistanla əlaqələri qardaşlıq və mehriban qonşuluq prinsipinə söykənir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri dövlət televiziyasında çıxışı zamanı İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi deyib.

Çıxışında aktual mövzulara toxunan nazir qonşu ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu bildirib. O qeyd edib ki, bu əlaqələr səmimiyyət üzərində qurulub.

"Səmimiyyət üzərində qurulduğu üçün də bu əlaqələr daim inkişafda olacaq" — deyə iranlı nazir əlavə edib.