BAKI, 18 avqust — Sputnik. Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.
Dağıntılar altında içində bir ailə — ata, ana və 9 yaşlı oğulları — olan avtomobil tapılıb.
Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.
Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.
Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.