RUSİYA

Yük maşınından uçan örtük ölümə səbəb oldu - VİDEO

İki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 17 avqust — Sputnik. Avqustun 16-da Krasnodarda 6 avtomobilin – iki minik və 4 yük maşınının iştirakı ilə ağır qəza başa verib.

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, qəza ağır yüklü "KAMAZ"ın üzərindəki böyük örtüyün düşməsi nəticəsində baş verib. Belə ki, örtük qarşıdan gələn MAZ avtomobilinin kabinəsinin üzərinə düşüb. Nəticədə sürücü idarəetməni itirib və öz xəttindən çıxıb. MAZ avtomobili MAN konteyner daşıyan avtomobillə toqquşub. Sonra isə zibildaşıyan "KAMAZ" avtomobilinə dəyib. Qəzada iki minik avtomobilinə də zərər dəyib. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.