Üçlük yenidən bir araya gəlir – Bu dəfə Tehranda

Görüşün sentyabrın ilk həftəsinə planlaşdırıldığı qeyd edilir
Sputnik

BAKI, 15 avqust — Sputnik. Türkiyə, Rusiya və İran rəhbərlərinin Suriya böhranı ilə bağlı üçtərəfli görüşü keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, görüşün sentyabr ayında Tehranda keçiriləcəyi gözlənilir.

Məlumata görə, görüş barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahım Kalın bildirib. O, görüşün sentyabrın ilk həftəsinə planlaşdırıldığını qeyd edib.