İDMAN

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb
Sputnik

BAKI, 14 avqust — Sputnik. Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandaı ilə cavab oyununa çıxıb.

Səfər görüşü 1:1 hesabı ilə başa çatıb. Hesabı 20-ci dəqiqədə Mirko İvaniç açıb. "Qarabağ"ın cavab qolunu Miçel vurub — 1:1.

İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb.