BAKI, 14 avqust — Sputnik. İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Temue Bakayoko bundan sonra "Milan" klubunun şərəfini qoruyacaq. Bu barədə Sputnik Azərbaycan "Sports.ru"ya istinadən xəbər verir.
Məlumata əsasən Milan təmsilçisi oyunçunun bir il müddətinə icarəyə götürüb. Lakin İtaliya təmsilçisi icarə bitdikdən sonra heyətinə də cəlb edə bilər.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda "Milan"-ın "Çelsi"ni 5 milyon avro müqabilində bir il müddətinə icarəyə götürəcəyi və daha sonra 35 milyon avro qarşılığında transfer edəcəyini yazmışdı.