İDMAN

"Bavariya" məşhur şirkətə satıla bilər

Sövdələşmənin dəyərinin 100 milyon avrodan çox olduğu hesab olunur
Sputnik

BAKI, 14 avqust — Sputnik. Almaniyanın BMW şirkəti "Bavariya" klubunun səhmlərini almaq istəyir. Bu barədə Sputnik Azərbaycan "Bild" nəşrinə istinadən xəbər verir.

BMW "Bavariya"nın 8,33% səhmini digər avtokonsern "Volkswagen" qrupa məxsus "Audi" şirkətindən almaq istəyir. Sövdələşmənin dəyərinin 100 milyon avrodan çox olduğu hesab olunur.

"Bavariya" rəhbərləri Uli Hennes və Karl Haynz Rummeniqqe "Audi" direktorlar şirkətinin sədri Bram Shotla görüşərik onu razılaşmanı həyata keçirməyə çağırıblar. "Bavariya"da düşünürlər ki, BMW ilə əməkdaşlıq daha səmərəlidir.