SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlqar Məmmədov azadlığa buraxıldı

Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib
Sputnik

BAKI, 13 avqust — Sputnik. REAL Hərəkatının sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, İ. Məmmədovun həbsdən azad edilməsi barədə Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunmuşdu. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.