BAKI, 11 avqust — Sputnik. İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 387-ə çatıb. Sputnik Azərbaycanxarici mətbuata istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin yaydığı məlumatda bildirilir.
Agentliyin məlumatına görə zəlzələ nəticəsində 13 mindən çox insan xəsarət alıb, 387 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.