RUSİYA

Ərdoğan və Putin arasında telefon danışığı olub

Dövlət başçıları müxtəlif səviyyələrdə əlaqələrin qrafikini nəzərdən keçiriblər
Sputnik

BAKI, 10 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan Rusiya prezidentinin saytına istinadən məlumat verir.

İki ölkə arasındakı qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. İlk növbədə energetika sahəsində birgə strateji layihələrin həyata keçirilməsi müsbət qiymətləndirilib.

Dövlət başçıları müxtəlif səviyyələrdə əlaqələrin qrafikini nəzərdən keçiriblər.