İDMAN

Azərbaycanlı idmançı Avropa çempionu oldu

Ramil Quliyev atletika üzrə Avropa çempionu olub
Sputnik

BAKI, 9 avqust — Sputnik. Türkiyə bayrağı altında çıxış edən Azərbaycan əsilli qaçışçı Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Quliyev idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. İdmançı  finalda finişə 19,76 saniyəyə çatıb.

Quliyev ötən il eyni məsafəyə qaçışda dünya çempionu olub.