BAKI, 8 avqust — Sputnik. "Atletik"in (Bilbao) qapıçısı Kepa Arrisabalaqa 80 milyon avro ödəyərək öz müqaviləsini satın alıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, o yaxın günlərdə "Çelsi" klubuna keçəcək. Qapıçının pullarını bu klub ödəyib. Bu futbol tarixində qapıçılar üçün ən bahalı transfer hesab edilir.
Xatırladaq ki, daha əvvəl də İtaliyanın "Roma" komandasının qapıçısı Alisson Bekerin, İngiltərənin "Liverpul" komandasına keçmək üçün 62,5 milyon avro ödənilmişdi.
İspaniyalının "Atletik" komandasının gedişi barədə Bilbao klubunun rəsmi saytında məlumat verilib. Yaxın zamanlarda Arrisabalaqa "Çelsi"də tibbi müayinədən keçəcək.