MƏDƏNİYYƏT

Məhəbbətdən yaranan qeyri-adi qabiliyyət

Məhəbbətdən yaranan bacarıq Ağamməd Rzayev üçün qazanc mənbəyinə çevrilib.
Sputnik

Sputnik Azərbaycan əməkdaşının həmsöhbəti olan Gədəbəy rayon Moruqlu kənd sakini Ağamməd Rzayev uşaqlıqdan çoban olan atasına kömək edərək, gözəl təbiətli Gədəbəyin yaylaqlarında qoyun-quzu otararaq böyüyüb. Gəzdiyi yaylaqların birində ilk məhəbbətinə rast gəlib və elə xüsusi bacarıqla fit çalmağı da o vaxtlardan öyrənib.

Hazırda işarət və adsız barmaqlarının köməyi ilə 20-dək musiqini fitlə ifa edir. Günü-gündən bu bacarığını daha da inkişaf etdirməyə çalışır.