ABŞ bir milyondan çox iranlını işsiz qoydu, cənub qonşumuzun "qara günləri" başlayır

İrana qarşı sanksiyalar bu gündən etibarən qüvvəyə minib
Sputnik

BAKI, 7 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.

ABŞ İranın sərhədlərinə qoşun yığır

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırırlar. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.