HADİSƏ

Arı Qax sakinini xəstəxanalıq etdi

Hazırda xəstənin vəziyyəti orta-ağırdır
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 avqust— Sputnik. Qax rayonun Əmbərçay kənd sakini Səlim Hətəmovu qarpız yeyən vaxt arı sancıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına əsasən, həşərat onun dil nahiyəsindən sancıb. Arı sancması allergik reaksiya verdiyindən xəstə dərhal tibb məntəqəsinə yerləşdirilib. Ona allergiya əleyhinə iynələr vurulub.

Hazırda xəstənin vəziyyəti orta-ağırdır.