CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Görün veterinar məntəqəsindən nə apardılar - Bakıda qeyri-adi olay

Rusiyada həbsdə yatmış şəxs Bakıda veterinar məntəqəsinin qapılarını sökərkən polis tərəfindən yaxalanıb
Sputnik

BAKI, 6 avqust — Sputnik. Bakıda ağlasığmaz oğurluq hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotiklərin qanunsuz saxlanması və dövriyyəsi, həmçinin avtomobil oğurluğu üstündə həbsdə yatmış şəxsləri saxlayıb.

Ölkəmizdə son 2 gündə 220 cinayət törədilib

Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. 1984-cü il təvəllüdlü Əliyev Arzu Məhərrəm oğlu və 1961-ci il təvəllüdlü Babayev Qafar Əsəd oğlu bu dəfə qapı oğurlayarkən ələ keçiblər.

Məlum olub ki, avqustun 3-də səhər saat 09:00-da bu şəxslər Sabunçu qəsəbəsində yerləşən veterinar məntəqəsindən bir dəmir darvazanı, 1 dəmir qapını və 3 plastik qapını sökərək aparmağa cəhd ediblər. Lakin polis, onların bu əməl nəticəsində gəlir əldə etməsinə imkan verməyib və onları hadisə yerindəcə yaxalayıb.

Qeyd edək ki, Qafar Babayev əvvəllər narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və dövriyyəsinə görə Rusiya Federasiyasında həbsdə yatıb. Arzu Əliyev isə avtomobil oğurluğuna görə əvvəllər məhbəs həyatı yaşayıb.

Faktla bağlı araşdırma davam edir.