FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Qarabağ"ın inamlı qələbəsi kadrlarda

Sputnik

"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə adlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Ağdam təmsilçisi II mərhələdə Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdırıb.

Səfərdə keçirilmiş ilk oyunda qolsuz heç-heçə edən "Qarabağ", Bakıda rəqibinə qalib gəlib — 3:0. Azərbaycan çempionunun qollarını 24 və 57-ci dəqiqələrdə penaltidən Dani Kintana və 89-cu dəqiqədə isə Con Delarj vurub.

1 / 13
"Qarabağ"ın və milli yığmanın baş məşqçisi Qurban Qurbanov
2 / 13
"Qarabağ" oyunçuları "Kukesi" ilə oyundan əvvəl
3 / 13
"Qarabağ"lı xanım azarkeş komandamızı dəstəkləyir
4 / 13
"Qarabağ" - "Kukesi" oyunundan fraqment
5 / 13
"Qarabağ"ın "Kukesi" qapısına etdiyi çoxsaylı hücumlardan biri
6 / 13
"Qarabağ" növbəti topu "Kukesi"nin qapısından keçirdikdən sonra
7 / 13
Top "Kukesi"nin qapısından keçir
8 / 13
"Qarabağ" futbolçularının daha bir uğursuz cəhdi
9 / 13
"Qarabağ"ın oyunçusu əldən buraxdığı topun arxasınca baxır
10 / 13
Yenə də Ağdam təmsilçiləri rəqibin qapısı qarşısındadırlar
11 / 13
"Qarabağ"ın oyunçusu hakimə etirazını bildirir
12 / 13
Ağdam klubunun oyunçuları vurulan qola sevinirlər
13 / 13
"Qarabağ"ın oyunçusu bu dəfə baş zərbəsi ilə rəqib qapısını fəth etməyə çalışır