İQTİSADİYYAT

Dünyada benzinin ən ucuz və ən baha olduğu ölkələr – SİYAHI

Venesuelada "Aİ 95" markalı benzinin bir litrinin qiyməti 1.7 qəpikdir
Sputnik

BAKI, 30 iyul — Sputnik. "Bloomberg" agentliyi dünyada "Aİ-95" markalı benzinin ən ucuz və ən baha satıldığı ölkələrin reytinqini açıqlayıb. Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir ki, dünyada ən ucuz benzin Venesuelada satılır. Belə ki, Venesuelada bu markalı benzinin qiyməti 0,01 dollardan azdır (0,17 AZN).

Qonşuda yanacağın qiyməti ucuzlaşdı

İkinci yerdə gələn İranda isə benzinin qiyməti 0,28 dollardır (0,47 AZN). Üçüncü pillədə 1 litr benzinə 0,35 dollar (0,59 AZN) göstərici ilə Küveyt qərarlaşıb.

İlk onluqda Nigeriya 0,41 (0,69 AZN), Misir 0,43 (0,73 AZN), Səudiyyə Ərəbistanı 0,54 (0,91 AZN), Malayziya 0,54 (0,91 AZN), İndoneziya 0,67 (1,13 AZN), BƏƏ 0,68 (1,15 AZN) və Rusiya 0,72 dollardır (1,22 AZN) yer tutur.

Reytinqə əsasən, dünyada ən bahalı benzinin satıldığı ölkələrin ilk onluğuna Honkonq 2,09 (3,55 AZN), Norveç 2,02 (3,43 AZN), Yunanıstan 1,91 (3,24 AZN), İtaliya 1,91 (3,24 AZN) Danimarka 1,90 (3,20 AZN), İsrail 1,86 (3,16 AZN), Portuqaliya 1,83 (3,11 AZN), Finlandiya 1,79 (3,04 AZN) və Fransa 1,78 (3.02 AZN) daxildir.

Qeyd edək ki, Azərbaycanda "Aİ 95" markalı benzinin bir litrinin qiyməti 1.25 AZN-dir.