SƏHİYYƏ

Hamilə qadınlara viaqra verdilər və...

Amsterdam Universitetinin Tibb Mərkəzi tərəfindən aparılan araşdırma ölkə ərazisində 10 böyük xəstəxana ilə birlikdə keçirilir
Sputnik

BAKI, 29 iyul — Sputnik. Hollandiyada bir araşdırma zamanı körpələri qarnında kifayət qədər böyüməyən hamilə qadınlara cinsi istəyi artıran dərman verilib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, araşdırmadan sonra 11 yeni doğulan körpə ölüb. Araşdırmada iştirak edən digər hamilə qadınların narahatlıqla dolu gözləntisi davam edir.

Amsterdam Universitetinin Tibb Mərkəzi tərəfindən aparılan araşdırma ölkə ərazisində 10 böyük xəstəxana ilə birlikdə keçirilir. Mərkəz araşdırmanın körpə ölümləri və eyni zamanda doğulan körpələrdə ağciyər problemləri müşahidə edilməsindən sonra dayandırıldığını bildirib.

Qeyd edək ki, cinsi istəyi artıran dərman ereksiya problemi yaşayan kişilər tərəfindən qəbul edilir. Ancaq həkimlər dərmanın tərkibində olan qan dövranını artıran maddələrin plasentaya qanın axışını yaxşılaşdıracağını və körpələrin yaxşı inkişaf edəcəyini düşünür.

Məlumata görə, 2015-ci ildən bu günə qədər 93 hamilə qadına cinsi istəyi artıran dərman verilib. Qadınların 19-nun körpəsi ölüb. Bu uşaqlardan 11-I ağciyəyərlərdə yüksək qan təzyiqi səbəbilə ölüb. Buna dərmanın səbəb olması düşünülür.