Gömrükçülər külli miqdarda qaçaqmal siqaret müsadirə ediblər

Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb
Sputnik

BAKI, 27 iyul — Sputnik. Avtomobilin alt hissəsində ölkəyə siqaret gətirmək istəyən şəxs gömrük əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "OKA" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt hissəsində, xüsusi hazırlanmış gizli saxlanc yerində 3600 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.