BAKI, 25 iyul — Sputnik. Kristiano Ronaldonu İtaliyanın "Yuventus" klubuna satmaqla önəmli ölçüdə güc itirən "Real" (Madrid) radikal bir qərara imza atıb. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, dünyanın bir çox yerində forma satışından ciddi gəlir əldə edən Madrid təmsilçisi yeni mövsümün alternativ formalarında dəyişiklik edib.
Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Misir kimi ölkələrdə xeyli sayda forma satan "Real" bu göstəricini artırmaq üçün loqosundakı xaç işarəsini silib. Bu dəyişiklik klubun yeni formalarının şəklinin internetdə yayılması ilə ortaya çıxıb.
"Real" Madrid-in yeni forması
© Sondakika