İDMAN

"Qarabağ" klubundan uğurlu nəticə

Bu komandalar arasındakı cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək
Sputnik

BAKI, 25 iyul — Sputnik. Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Qarabağ" səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gəlib. Qarşılaşma 0:0 heç-heçə başa çatıb.

Bu komandalar arasındakı cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək.