Ermənistan müdafiə nazirini "tamada"ya bənzətdilər

Hacıyev: “Ermənistan müdafiə naziri stolüstü qərargah təlimləri ilə operativ reallığı qarışıq salır”
Sputnik

BAKI, 24 iyul — Sputnik. "Ermənistan müdafiə nazirinin illüstrativ şərhləri ənənəvi erməni toy məclisindəki tamada nağıllarına bənzəyir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri  Hikmət Hacıyev şəxsi "Twitter" səhifəsində yazıb.

"İngilis atalar sözündə deyildiyi kimi, "boş gəmidən daha möhkəm səs çıxar". Ermənistan müdafiə naziri öyrəşdiyi stolüstü qərargah təlimləri ilə operativ reallığı qarışıq salır", — XİN təmsilçisi vurğulayıb.