CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dövlət əmlakı satın alınıb və "bomj"ların istifadəsinə "verilib"

Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Nizami rayonu İlham Müzəffəroğlu küçəsində nə vaxtsa uşaq bağçası olub. İki mərtəbəli və geniş həyəti olan bağça sovet dövründən fəaliyyətə başlayıb. 6-7 il öncə isə bağça fəaliyyətini dayandırıb, binası baxımsız qaldığı üçün xarabalığa çevrilib.

Ərazi sakinlərinin Sputnik Azərbaycan-ın əməkdaşına verdikləri məlumata görə, bağça sovet dövründə inşa edilib. Və zamanında ərazinin sayılıb-seçilən bağçalarından olub. Ancaq 10 ilə yaxındır ki, bağça ləğv edilib, binası baxımsız vəziyyətdə qalıb.

"Haradasa 10 il əvvələ qədər bağçaya uşaqlar gəlirdi. Sonra bağlandı və baxımsız qaldığı üçün xarabalığa çevrildi. Əvvəllər uşaqlar yığılıb binanın içində oynayırdılar. İndi içi lap bərbad günə qalıb. Uşaqlar da içəri girməyə qorxurlar" – deyir ərazi sakinləri.

Ərazidə yaşayan Samir Əliyevin sözlərinə görə, axşamlar binaya sahibsiz heyvanlar da toplaşır: "2-3 ilə yaxındır ki, burada bir "bomj"lar yaşayır. Hava qaralandan sonra bu küçədən keçmək böyük cəsarət tələb edir. Küçə itləri insanlar üçün təhlükə mənbəyidir".

Sakinlər iddia edirlər ki, böyük bir ərazinin belə xaraba vəziyyətə salınması kiminsə maraqları daxilindədir.

Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib

Qeyd edək ki, xarabalığa çevrilmiş bağça binası iki mərtəbəlidir. Binanın dam örtüyü tamamilə sıradan çıxıb. Otaqların bəzisində hələ də bağça dövründən qalma əşyalar var. Otaqların birində isə "bomj"lar yaşayır.

Binanın və həyətinin baxımsız halda olmasına baxmayaraq, nə qədər qəribə olsa da, həyətdəki ağaclar vaxtı-vaxtında budanır, səliqəyə salınır. Sakinlər özləri də, ağaclara kimin baxdığını bilmirlər.

"Görünür, hansısa məmur alıb ərazini yeni bina tikəcək. Amma nəyi gözləyir, biz də bilmirik" — deyə sakinlər bildirir.

Xatırladaq ki, Sputnik Azərbaycan 1 il əvvəl də bu mövzuya toxunmuşdu. Görünür, bu xarabalıq hələ çox sahibsiz qalacaq.

Mövcud durumla bağlı Sputnik Azərbaycan əməkdaşı Nizami Rayon İcra Hakimiyyətinə (NRİH) müraciət etdik. Qurumun ictimai-siyasi, hümanitar məsələr şöbəsinin müdir müavini Bəhman Hüseynov bildirdi ki, İlham Müzəffəroğlu küçəsində yerləşən sözügedən baxça binası ilə bağlı İcra Hakimiyyətinin heç bir planı yoxdur.

"Çünki baxça binası 2003-cü ildə özəlləşdirilib. Sahibkar orada nə iş görəcəksə, bu, artıq sahibkarın öz işidir. Nə vaxt sahibkarın maddi imkanı olacaq və baxçanı təmir edəcəksə, o zaman baxça özəl baxça kimi fəaliyyət göstərəcək. Yəqin ki, indi sahibkarın imkanı olmadığı üçün heç nə etmir. Bir iki adam tutub ağacları budadır. Biz ancaq dövlət baxçalarının təmiri ilə maraqlana bilərik" — B.Hüseynov vurğuladı.

Onun sözlərinə görə, 2003-cü ildə Nizami rayonunda 10-a yaxın baxça özəlləşməyə çıxarılıb: "Bu baxça, yəni 41 saylı, 4 qruplu, iki mərtəbəli baxça da özəlləşmə zamanı satılıb. Baxça satılan gündən qapısə bağlıdır".

"Ərazidə yaşayanlar bizə də şikayət edirlər. Amma bizim səlahiyyətimiz yoxdur ki, sahibkara nəsə deyək. Orada konkret olaraq kimsə yaşamır. Biz özümüz də ərazidə olmuşuq. Polisə də müraciət etmişik. Ara-sıra səfil həyat sürənlər orada gecələyir. Hazırda sahibkar iki nəfər tutub orada qalır və əraziyə baxır" — deyə NRİH rəsmisi əlavə etdi.

1 / 25
Nizami Rayonu İlham Müzəffəroğlu küçəsində yerləşən 41 saylı özəlləşdirilmiş baxça
2 / 25

3 / 25

4 / 25

5 / 25

6 / 25

7 / 25

8 / 25

9 / 25

10 / 25

11 / 25

12 / 25

13 / 25

14 / 25

15 / 25

16 / 25

17 / 25

18 / 25

19 / 25

20 / 25

21 / 25

22 / 25

23 / 25

24 / 25

25 / 25