BAKI, 23 iyul — Sputnik. NATO Hərbi-Dəniz qrupuna məxsus gəmilər Odessa limanına daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz qüvvələri məlumat yayıb.
Ümumilikdə limana 6 gəmi daxil olub: "Hollandiyaya məxsus "De Ruyter", Türkiyə freqatı "Fatih", Rumıniya freqatı "Regele Ferdinand", Almaniyanın "Rhein" köməkçi gəmisi, Türkiyənin mina tutan gəmisi "Anamur" və Rumıniyaya məxsus "Lupu Dinescu" mina gəmisi.
Qeyd olunur ki, onlar Qara dənizdə Ukrayna Hərbi-Dəniz Qüvvələri ilə birgə "PASSEX" tipli təlimlərdə iştirak edəcək.