BAKI, 22 iyul — Sputnik. Cəlilabadda baş verən yol qəzasında iki nəfər dünyasını dəyişib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində baş verib. "Mersedes" markalı minik maşının pomidor yüklü motosikletə çırpılması nəticəsində Masallı rayon Köçərli kənd sakinləri, Tural və Yalçın Mirzəyev qardaşları ağır xəsarət alıblar. Onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.
Faktla bağlı araşıdrma aparılır.