Qızına 8 il təcavüz edən polis rəisi tutuldu

Qız təsdiq üçün atasının səsini də yazaraq təqdim edib
Sputnik

BAKI, 20 iyul — Sputnik. Türkiyənin Zonquldaq şəhərində hər kəsi şoka salan hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə kifayət qədər tanın polis rəisi saxlanılıb. O, 22 yaşlı qızına 8 il təcavüz etməkdə günahlandırılır.

Qızı polisə şikayət edərək atasının ona təcavüz etdiyini deyib. Gənc qız təsdiq üçün atasının səsini də yazaraq polislərə təqdim edib.