Mətbuat Şurasının sədri Sputnik Azərbaycan-a təşəkkür etdi

Sputnik Azərbaycan Mətbuat şurası ilə birgə Azərbaycanda Mili Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin büstünü ziyarət edib və büstün qarşısına əklil qoyub
Sputnik

BAKI, 20 iyul — Sputnik. “Hazırda Azərbaycan mətbuatı Respublikadan da kənarda ölkə barədə məlumat verən və milli maraqlara cavab verən peşəkar mediadır”. Bunu Milli Mətbuat Günü ərəfəsində Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin xatirəsi münasibəti ilə Sputnik Azərbaycan-la birgə keçirilən tədbirdə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib.

Ateist kimi qələmə verilən Zərdabi, əslində ibadət edirmiş

O, bu istiqamətdə, həmçinin Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin də rolunu vurğulayıb.

"Biz bu gün Sputnik Azərbaycan-la birgə Həsən bəy Zərdabinin xatirəsini anmaq üçün bu tədbiri təşkil etdik. Sputnik ölkədə baş verənlər barədə operativ və obyektiv məlumat təqdim edir, bunu dünyanın rusdilli ictimaiyyətinə çatdırır" — deyə Mətbuat Şurasının sədri bildirib.

Amaşov, eyni zamanda qeyd edib ki, yarandığı dövrdə Azərbaycan jurnalistikasının əksər xadimləri rus mühitindən çıxmış, Rusiya ali məktəblərinin məzunları idi.

1 / 5
Sputnik Azərbaycan Mətbuat şurası ilə birgə Azərbaycanda Mili Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin büstünü ziyarət edib
2 / 5
Sputnik Azərbaycan Mətbuat şurası ilə birgə Azərbaycanda Mili Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin büstünü ziyarət edib
3 / 5
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov
4 / 5
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev
5 / 5
Sputnik Azərbaycan Mətbuat şurası ilə birgə Azərbaycanda Mili Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin büstünü ziyarət edib və büstün qarşısına əklil qoyub

Şura rəhbəri Həsən bəy Zərdabini xatirəsi münasibəti ilə Mətbuat Şurası ilə birgə keçirilən tədbirə görə Sputnik Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirib və mətbuat günü ilə əlaqədar agentliyin əməkdaşlarını və ölkədəki KİV nümayəndələrini təbrik edib.

Öz növbəsində, Sputnik Azərbaycanın rəhbəri Əziz Əliyev bəyan edib ki, Azərbaycan media mərkəzinin bir hissəsi olan Sputnik kənarda qalmayıb və Həsən bəy Zərdabinin xatirəsini yad etməyə qərar verib.

"Azərbaycan media-mühitinin bir hissəsi olaraq biz sayəsində yaranan və inkişaf edən, dünyanı ölkənin iqtisadi inkişafı və mədəni irsi barədə məlumatlandıran medianın banisini hörmətlə yad edirik" — deyə Əziz Əliyev vurğulayıb.

Agentliyin və Mətbuat Şurasının nümayəndələri Milli Elmlər Akademiyasının Mərkəzi Botanika bağında yerləşən büstünü ziyarət ediblər.