Bakıda 40 yaşlı qadın itkin düşüb

Onu görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur
Sputnik

BAKI, 20 iyul — Sputnik. Dünən Bakı şəhəri, Bayıl qəsəbəsində, saat 16.00 radələrində Nərmin Güloğlan qızı Mehrəliyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə Sputnik Azərbaycan-a Nərminin qardaşı Turan Mehrəliyev məlumat verib. O bildirib ki, bacısı Daun Sindromludur və danışa bilmir: "Nərminin 40 yaşı var, boyu 1.40 santimetrdir, dolu qızdır. Evdən çıxanda əynində qara rəngli, üzəri ağ xallı don olub". 

Bakıda itkin düşmüş Nərmin Güloğlan qızı Mehrəliyeva

Nərmini görənlərdən (050) 758 03 35, (050) 491 58 58 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.