İDMAN

Bakıda məşhur stadionun adı dəyişdi - FOTO

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb
Sputnik

BAKI, 20 iyul — Sputnik. "Keşlə" klubunun ev oyunlarını keçirdiyi "İnter Arena"nın adı dəyişdirilib.

Klubun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, stadiona "ASK Arena" ("Azərbaycan Sənaye Korporasiyası") adı verilib.

Ask Arena

Qeyd edək ki, bu stadionun adı ikinci dəfə dəyişdirilib. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Stadiona daha sonra "İnter" (hazırkı "Keşlə") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.