Atatürk hava limanında görünməmiş hadisə, bu dəfə qadın turist...

Bir müddət sonra içkinin təsirindən ayılan qadın sərbəst buraxılıb
Sputnik

BAKI, 20 iyul — Sputnik. Atatürk hava limanında görünməmiş hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanında əcnəbi qadın lüt soyunub. Hava limanı əməkdaşları öz jaketləri ilə onu geyindirməyə çalışsalar da, qadın buna etiraz edib.

Məlumata görə, qadın sərxoş olub. Qadın hava limanının tualetində lüt soyunaraq sərnişin salonuna çıxıb. O, polis tərəfindən saxlanılıb.

Atatürk hava limanında soyunmuş sosial məsuliyyəti aşağı olan qadın

Bir müddət sonra içkinin təsirindən ayılan qadın sərbəst buraxılıb.