İDMAN

"Qarabağ" yeni mübarizəyə atılır

Komandamız "Olimpiya" ilə yenidən qarşılaşır
Sputnik

BAKI, 18 iyul — Sputnik. Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında Sloveniyanın "Olimpiya"sı ilə I təsnifat mərhələsinin cavab matçına çıxacaq. Sputnik Azərbaycan xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma hakim Erez Papirə həvalə olunub.

Qeyd edək ki, bir həftə öncə Lyublyanada baş tutmuş qarşılaşmada "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada vurulan yeganə qolu 79-cu dəqiqədə Donald Gerrye vurub.

Xatırladaq ki, bu günki qarşılaşmada Azərbaycan təmsilçisinə istənilən hesablı heç-heçə də kifayət edəcək.