HADİSƏ

Dənizdə selfi çəkdirmək istədi, suya düşüb boğuldu

Meyit müayinə olunması üçün aidiyyatı qurumlara təhvil verilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Cənub regionunda növbəti suda boğulma hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Astara rayonun Şəlvə kənd sakini, 19 yaşlı  Tərlan Şükürov rayon ərazisində dənizdə boğulub. Hadisə şəhərin bulvar ərazisində baş verib. İlkin məlumata görə, Tərlan Şükürov selfi etmək üçün dənizə yaxınlaşıb, müvazinətini itirərək suya düşüb.

Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə müayinə olunması üçün təhvil verilib.

Hazırda boğulma hadisəsi araşdırılır.