RUSİYA

Rusiya estafeti Qətərə verdi - VİDEO

Putin Dohanın da Rusiya kimi mundialı yüksək səviyyədə təşkil edəcəyinə əminliyini ifadə edib
Sputnik

BAKI, 15 iyul — Sputnuik. Kremldə 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi səlahiyyətinin ötürülməsi ilə bağlı təntənəli mərasim keçirilib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla verdiyi xəbərə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin 2018-ci il dünya çempionatının final oyununda Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

"Rusiya keçirilən dünya çempionatı sona çatır. Bu idman növü ilə bağlı təşkil etdiklərimizlə fəxr edirik. Ölkə olaraq futboldan, futbol ilə dünyadan və azarkeşlərdən böyük həzz aldıq" — deyə Putin bildirib.

Putin Dohanın da Rusiya kimi mundialı yüksək səviyyədə təşkil edəcəyinə əminliyini ifadə edib: "Əlbəttə ki, biz dünya çempionatının keçirilməsi zamanı əldə etdiyimiz təcrübəni Qətərdəki dostlarımızla bölüşməyə hazırıq".

Putin sonda sözlərinə əlavə edib ki, "futbol ən humanist missiyasını — insanları birləşdirməyi yerinə yetirdi".