CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda beş nəfər ölümdən döndü

Batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunaraq aidiyyatı üzrə təhvil verilib
Sputnik

BAKI, 15 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən suda boğulmaqda olan şəxslər xilas edilib.

Sputnik Azərbaycan nazirliyin saytına istinadən xəbər verir ki, Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunaraq aidiyyatı üzrə təhvil verilib.